Savinoviç həmyerlimizə yenildi
08.03.2009 - 00:35
Serbiyada kişi şahmatçıların şəxsi Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışa qatılan altı həmyerlimizdən ikisi hesabat turunu xalsız başa vurub.
Belə ki, ikinci oyun günündə Eltac Səfərli Viktor Baloqana (Moldova), Vasif Durarbəyli Vasili Yemelinə (Rusiya) uduzub. Vüqar Rəsulov Ulf Anderssonla (İsveç), Rauf Məmmədov Lopes Martineslə (İspaniya) heç-heçə oynayıb. Digər təmsilçilərimizdən Qədir Hüseynov Aleksandr Savinoviçi (Bosniya və Herseqovina), Faiq Ələsgərov isə Stefan Mitroviçi (Çernoqoriya) təslim edib.
İki turdan sonra Hüseynov, Rəsulov və Məmmədov hərəyə 1,5 xal toplayıblar. Digər üç şahmatçımızın hesabında 1 xal var.

0
0