Namiq Abdullayev Avropa çempionatından kənarda
12.03.2009 - 18:28
Martın 31-də Litvanın paytaxtı Vilnüsdə start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, olimpiya çempionu Namiq Abdullayev yenə qitə birinciliyində mübarizə aparmayacaq.
37 yaşlı pəhləvan sentyabrda keçiriləcək dünya çempionatında güləşmək niyyətindədir. Baş məşqçi Maqomedxan Aratsilov qarşıdakı yarışda Ceyhun Əliyev (55 kq), Zəlimxan Hüseynov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevə (120 kq) şans verəcək.
Yunan-Roma güləşi yığmamız isə qitə birinciliyinə tam heyətlə yollanmayacaq. Belə ki, 120 kq çəki dərəcəsində təmsilçimiz olmayacaq. Hərçənd, çempionata Cəlal Bahadurovun aparılacağı gözlənilirdi. Lakin zəifliyi və rəqiblərə uduzması nəzərə alındığından, o, heyətdən çıxarılıb. Pekin Olimpiadasının gümüş mükafatçısı Vitali Rəhimov isə əsas heyətə düşə bilməyib. Beləliklə, Avropa çempionatında yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (84 kq) döşək üzərinə çıxacaq.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0