240-cı yerdə qərarlaşan azərbaycanlı
13.03.2009 - 11:15
240-cı yerdə qərarlaşan azərbaycanlı
Çernoqoriyanın Budva şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatının VII turunda Azərbaycanın 3 təmsilçisi qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Qədir Hüseynov Steilos Halkiasa (Yunanıstan), Vüqar Rəsulov Nikola Sedlaka (Serbiya), Eltac Səfərli Anatoli Bıkovskiyə (İsrail) qalib gəlib.

Rauf Məmmədovun almaniyalı Arkadi Naydiçlə görüşü heç-heçə nəticələnib. Digər şahmatçılarımız Faiq Ələsgərov və Vasif Durarbəyli isə məğlubiyyətə düçar olublar.

Yeddi turdan sonra ən yüksək pillədə qərarlaşan həmyerlimiz Vüqar Rəsulovdur: 5 xal, 14-cü yer. Eyni xala malik Qədir Hüseynov 19-cu, Rauf Məmmədov isə 21-cidir. Hesabında 4,5 xal olan Eltac Səfərli 58-ci yer pilləni tutur. Vasif Durarbəyli (3 xal) 185-ci sırada qalıb. Faiq Ələsgərov isə 2,5 xalla 306 nəfər arasında 240-cı yerdədir.

Ümumi mükafat fondu 122 min avroya bərabər qitə birinciliyinin iştirakçıları bu gün istirahət edirlər. Növbəti tur sabah keçiriləcək və yarışa martın 18-də yekun vurulacaq.
0