Teymur Rəcəbov gözübağlı Topalova uduzmadı
15.03.2009 - 00:39
Teymur Rəcəbov gözübağlı Topalova uduzmadı
Monakoda şahmat üzrə XVIII ənənəvi “Amber” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışda həmyerlimiz Teymur Rəcəbovla yanaşı, dünya çempionu Vişvanatan Anand (Hindistan), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Qata Kamski (ABŞ), Vladimir Kramnik, Aleksandr Morozeviç (hər ikisi Rusiya), Levon Aronyan (Ermənistan), Maqnus Karlsen (Norveç), Peter Leko (Macarıstan), Veselin Topalov (Bolqarıstan) və Van Yue (Çin) mübarizə aparır. İştirakçılar hər bir turda gözübağlı və Rapid oyunda qüvvəsini sınayır.

Artıq ilk turun oyunları başa çatıb. Rəcəbovun ilk rəqibi sabiq dünya çempionu Topalov olub. Rəqiblərin həm gözübağlı, həm də sürətli oyununda qalib müəyyənləşməyib. Həmyerlimizin növbəti rəqibi Kramnik olacaq.

Gözübağlı

Kramnik – Morozeviç – 1:0, Aronyan – İvançuk – 1:0, Anand – Leko – 1:0, Karlsen – Kamski - 1:0, Rəcəbov – Topalov, Karyakin – Van Yue heç-heçə.

Rapid

Morozeviç – Kramnik – 1:0, İvançuk – Aronyan - 0:1, Leko – Anand- 1:0, Kamski – Karlsen – 1:0, Topalov – Rəcəbov, Van Yue – Karyakin heç-heçə.

I turdan sonra vəziyyət

Aronyan – 2; Kramnik, Morozeviç, Anand, Leko, Karlsen, Kamski, Rəcəbov, Topalov, Karyakin, Van Yue – hərəyə 1 xal; İvançuk – 0.

II tur

Leko – Aronyan, Kamski – Anand, İvançuk – Karlsen, Morozeviç – Van Yue, Topalov – Karyakin, Kramnik – Rəcəbov.

11 turdan ibarət yarış martın 26-da yekunlaşacaq.
0