Nizami Paşayev planetin 5 ən güclü atleti arasında
30.03.2009 - 13:32
Nizami Paşayev planetin 5 ən güclü atleti arasında
Hesabat-seçki konfransı ərəfəsində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) 2008-ci il üçün reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahı ötən il keçirilmiş 21 rəsmi yarışda fərqlənən atletlərin göstəricilərinə uyğun tərtib olunub.

Reytinqdə Azərbaycan atletlərindən ən yüksək pillədə qərarlaşanı Nizami Paşayevdir. İkiqat dünya çempionumuz 94 kq çəki dərəcəsində planetin 5-ci ən güclü ağırlıqqaldıranı sayılır. O, Pekin Olimpiadasında 396 kq-lıq (birdən qaldırmada 181 kq, təkanla qaldırmada 215 kq) göstərici ilə bu yerə layiq görülüb.

Digər atletlərimizdən Turan Mirzəyev (69 kq) öz çəkisində 6-cı, İntiqam Zairov (85 kq) isə 14-cü sıradadır. 62 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Süleymanovla Sərdar Həsənov siyahıda qonşudurlar. Onlar müvafiq olaraq, 28-ci və 29-cu yeri tuturlar. Namiq Cəmilov (77 kq) 40-cı sıraya sahib çıxıb.
0