Sabah Avropa çempionatı start götürür
30.03.2009 - 16:08
Sabah Litvanın paytaxtı Vilnüsdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı başlanacaq. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 4 çəki dərəcəsində sərbəst güləşçilər bacarıqlarını nümayiş etdirəcəklər.
Çempionatın startında Azərbaycanın 4 pəhləvanı - Yaşar Əliyev (55 kq), Cəbrayıl Həsənov (66 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) döşək üzərinə çıxacaq. Baş məşqçi Maqomedxan Aratsilovun digər yetirmələri Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq) və Xetaq Qazyumov (96 kq) isə aprelin 1-də güləşəcəklər.
Qadınların yarışına aprelin 2-də start veriləcək. Aprelin 4-5-də isə yunan-Roma güləşçiləri çıxış edəcəklər. Bu növlərin heç birində milli komandamız tam heyətlə mübarizə apara bilməyəcək. 51 kq çəki dərəcəsində Əminə Abbasova xəstəliyi üçün heyətdən kənarda qalıb. Vilnüsdə Mariya Stadnik (48 kq), Nadiya Qradyuk (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) ölkəmizin şərəfini qoruyacaq.
Yunan-Roma güləşi yığmamızın heyəti isə belədir: Rövşən Bayramov (55 kq), Fuad Əliyev (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Denis Mişin (96 kq).

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0