Daha 3 güləşçimizin rəqibləri müəyyənləşdi
31.03.2009 - 18:05
Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında sabah daha 3 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bu gün atılan püşk nəticəsində Azərbaycan pəhləvanlarının da rəqibləri müəyyənləşib.
60 kq çəkidəki təmsilçimiz Zəlimxan Hüseynov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Alexandros Pilavidis (Yunanıstan) olacaq. Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı Çamsulvara Çamsulvarayev (74 kq) də ilk görüşünü 1/8 final mərhələsində Luka Lampisə (Fransa) qarşı keçirəcək. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov (96 kq) isə eyni mərhələdə Daniel Liqeti (Macarıstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün xalça üzərinə çıxan pəhləvanlarımızdan Cəbrayıl Həsənov (66 kq) və Əli İsayev (120 kq) finala vəsiqə qazanıb. Yaşar Əliyevlə (55 kq) Novruz Temrezov (84 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0