Teymur Rəcəbov dünyanın 5-ci şahmatçısı oldu
01.04.2009 - 10:58
FİDE bu gün yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin ən güclü 100 qrossmeysteri arasında 5 həmyerlimiz də var.
Ötən siyahıda birinci olan Vişvanatan Anand (2783, Hindistan) bu dəfə yerini Veselin Topalova (2812, Bolqarıstan) verib. Norveçli vunderkind Maqnus Karlsen (2770) üçüncü, rus Vladimir Kramnik (2759) dördüncü yerdədir. Beşinci pillədə şahmatçımız Teymur Rəcəbov (2756) qərarlaşıb ki, o, erməni Levon Aronyanı 2 xal qabaqlayır.
Adətən son reytinq sıralamalarında yuxarı pillələrdə qərarlaşmış Şəhriyar Məmmədyarov isə “yuvarlanma”ya düçar olub. Belə ki, sumqayıtlı qrossmeyster 20-ci yerə düşüb - 2725. Əvəzində Vüqar Həşimov (2730) sıçrayış edib. 23 yaşlı şahmatçı 16-cı pilləyə yüksəlib.
“Top-100”dəki digər iki təmsilçimiz aşağı yerlərdə qərarlaşıb. Belə ki, Qədir Hüseynov (2659) 65-ci, Rauf Məmmədov (2645) 85-ci pilədədir.
Azərbaycan komanda kimi İsraillə birgə 4-5-ci pillələri bölüşdürür. Hər iki ölkənin hesabında 2640 xal var.

- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
- Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsini fəth edib
0
0