Əli İsmayılovun döyüşü təxirə salındı
03.04.2009 - 16:09
Əli İsmayılovun döyüşü təxirə salındı
Peşəkar boksçular arasında WBO versiyası üzrə dünya çempionu kəməri uğrunda döyüş təxirə salınıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı boksçu Əli İsmayılovla argentinalı Viktor Ramiresin qarşılaşması mayın 9-da keçiriləcək. İdmançılar arasında qarşılaşma aprelin 11-nə təyin olunmuşdu ki, həmin vaxt WBO versiyasının əsas çempionu müəyyənləşəcəkdi. Belə ki, hazırda Əli WBO Latino kəmərinin sahibidirsə, Viktor müvəqqəti olaraq WBO-nun çempionu kəmərini daşıyır. Döyüşün təxirə salınmağı cənubi amerikalı boksçunun təşəbbüsü ilə gerçəkləşib. Çünki məşq zamanı sağ əlini zədələyən Ramires hazırda rinqə çıxa bilməz.

Mənbə: extratime.az