Yığmamızın oynayan-məşqçisi Pekində əliboş qaldı
21.04.2009 - 16:05
Azərbaycanın güllə atıcılığı üzrə yığmasının oynayan-məşqçisi İradə Aşumova Çinin paytaxtı Pekində keçirilən Dünya Kubokunda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 51 yaşlı idmançımız yarışda medal qazana bilməyib. Afina Olimpiadasının bürünc mükafatçısı 10 metrlik məsafədən pnevmatik tapança ilə atəş açmada zəif nəticə göstərib.
Aşumova 378 xal (94+96+95+93) toplayaraq, 19-cu yeri tutub. O, daha 5 xal çox yığacağı təqdirdə, final mərhələsinə düşə bilərmiş. Çempion adını isə çinli Yun Hu qazanıb (390+100.5).
Bu gün, həmçinin İradə Aşumovanın oğlu Ruslan Lunyov da atəş xəttinə çıxıb. Gənc idmançımız 25 metrlik məsafədən sürətli atəş açmanın birinci mərhələsində uğursuzluğa düçar olub. Ruslan 282 xalla (97+96+89), 20-ci pillədə qərarlaşıb. Bu yarışda ikinci, eləcə də final mərhələsi sabah baş tutacaq.
Xatırladaq ki, Aşumova 25 metr məsafədən kiçikçaplı tapança ilə atəş açmada medal qazanmağa yaxın olsa da, 10-cu yerlə kifayətlənmişdi.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0