Teymur Rəcəbov: heç-heçə, heç-heçə, heç-heçə…
17.06.2009 - 10:36
Rumıniyanın Bazna şəhərində təşkil olunan “Kings Tournament” adlı beynəlxalq şahmat yarışında 3-cü turun oyunları arxada qalıb. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanın şərəfini yığmamızın lideri Teymur Rəcəbov (2756) qoruyur. Həmyerlimizdən başqa, turnirdə Vasili İvançuk (Ukrayna, 2746), Aleksey Şirov (İspaniya, 2745), Boris Qelfand (İsrail, 2733), Qata Kamski (ABŞ, 2720) və Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) qüvvəsini sınayır.
Teymur ilk 3 turda keçirdiyi bütün partiyaları heç-heçə başa vurub. O, ardıcıllıqla Boris Qelfand, Qata Kamski və Aleksey Şirovla xalları bölüb.
Hazırda şahmatçımız 1,5 xalla 4-cü yeri tutur. Rəcəbov bu gün qara fiqurlarla Vasili İvançuka qarşı çıxış edəcək. İki dövrədən və 10 turdan ibarət yarış iyunun 25-də yekunlaşacaq.
III tur
Rəcəbov - Şirov - 0,5:0,5
Nisipyanu - Kamski - 0,5:0,5
İvançuk - Qelfand - 0,5:0,5
1-3. İvançuk, Qelfand, Şirov 2 xal; 4. Rəcəbov 1,5; 5. Kamski 1; 6. Nisipyanu 0,5

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0