Rəcəbov autsayderlə üz-üzə
18.06.2009 - 10:23
Rəcəbov autsayderlə üz-üzə
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın Bazna şəhərində keçirilən “Kings Tournament” beynəlxalq turnirində yenə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, IV turda 22 yaşlı həmyerlimiz ukraynalı Vasili İvançukla xalları bölüb.

Qara fiqurlarla oynayan Rəcəbov 37-ci gedişdə “sülh”ə razılaşıb. Ardıcıl 4-cü heç-heçədən sonra 2 xal toplayan şahmatçımız 4-cü yerdədir. O, bu gün autsayder Liviu-Diter Nisipyanu ilə üz-üzə gələcək. Bununla da, I dövrəyə yekun vurulacaq. 10 turdan ibarət yarış iyunun 25-də başa çatacaq.

IV tur
Vasili İvançuk (Ukrayna, 2746) - Teymur Rəcəbov (Azərbaycan, 2756) - 0,5:0,5
Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) - Aleksey Şirov (İspaniya, 2745) - 0,5:0,5
Boris Qelfand (İsrail, 2733) - Qata Kamski (ABŞ, 2720) - 0,5:0,5

1-3. İvançuk, Qelfand, Şirov 2,5 xal; 4. Rəcəbov 2; 5. Kamski 1,5; 6. Nisipyanu 1