Rəcəbovun Baznada ilk qələbəsi
22.06.2009 - 09:54
Azərbaycan şahmat yığmasının lideri Teymur Rəcəbov Rumıniyanın Bazna şəhərində keçirilən “Kings Tournament” beynəlxalq turnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz VII turda ABŞ təmsilçisi Qata Kamskini üstələyib.
Ağ fiqurlarla oynayan Rəcəbov rəqibini 49-cu gedişdə “ağ bayraq” qaldırmağa məcbur edib. Bununla da, ardıcıl 6 heç-heçədən sonra ilk qələbəsini rəsmiləşdirən Teymur xallarını 4-ə çatdırıb. Yarışın başa çatmasına 3 tur qalmış şahmatçımız 3-cü pillədə qərarlaşıb.
Bu gün Teymur ispaniyalı Aleksey Şirovla qarşılaşacaq.
VII tur
Teymur Rəcəbov (Azərbaycan, 2756) - Qata Kamski (ABŞ, 2720) - 1:0
Vasili İvançuk (Ukrayna, 2746) - Aleksey Şirov (İspaniya, 2745) - 1:0
Liviu-Diter Nisipyanu (Rumıniya, 2675) - Boris Qelfand (İsrail, 2733) - 0,5:0,5
1.İvançuk 5,5 xal; 2.Qelfand 4,5; 3.Rəcəbov 4; 4.Şirov 3,5; 5.Nisipyanu 2; 6.Kamski 1,5

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0