İdmançılarımız yenə mükafatlandırıldı
23.06.2009 - 17:25
23 iyun - Beynəlxalq Olimpiya Günü münasibətilə bu gün Milli Olimpiya Komitəsində (MOK) tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. O, Beynəlxalq Olimpiya Günü il əlaqədar Bakı və Gəncədə bir sıra tədbirlər həyata keçirildiyini bildirib.
Toplantıda vurğulanıb ki, Səbayel rayonu 91 nömrəli orta məktəbdə və 15 saylı cəzaçəkmə müəssisəsində Olimpiya günü münasibətilə tədbirlər olub. Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 15 saylı cəzaçəkmə müəssisəsində idman zalı da istifadəyə verilib. Bundan əlavə, Milli Parkda və Gəncədə bu günlə bağlı qaçış yarışı keçirilib. Olimpiya qaçış günündə fərqlənmiş iştirakçılardan biri, 70 yaşlı Böyükağa Qasımov xüsusi mükafata layiq görülüb.
Tədbirdə Olimpiya günü çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdiyi üçün bir sıra idmançılara, mütəxəssislərə, veteranlara mükafatlar təqdim olunub. Azərbaycan atletikasının inkişafındakı xidmətlərinə görə məşqçi Vidadi Qurbanov fəxri diplomla təltif edilib.
AzərTac

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0