Avropa çempionatında möhtəşəm nailiyyət
29.06.2009 - 11:12
Almaniyanın Brandenburq şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə böyüklər arasında Avropa çempionatına yekun vurulub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilənm məlumata görə, 35 ölkənin qatıldığı yarışda ilk dəfə milli komandamız da mübarizə aparıb. Ölkəmizi kayak növündə təmsil edən Ramil Məmmədov 1 nəfərlik qayıqda 200 metr və 500 metr məsafələrə yürüşdə seçmə mərhələni dəf edə bilməyib. Əvəzində kanoeçilərimiz uğurla çıxış edərək, 1 qızıl, 1 bürünc medal qazanıblar.
Valentin Demyanenko 1 nəfərlik kanoe qayığında 200 metr və 500 metr, Maksim Prokopenko – Sergey Bezuqlıy dueti isə 2 nəfərlik kanoe qayığında 500 metr və 1000 metr məsafələrə yürüşdə seçmə mərhələni uğurla dəf edərək, birbaşa əsas finala vəsiqə qazanıblar. Demyanenko 200 metrlik məsafəyə yürüşün həlledici mərhələsində də birinci yeri tutaraq, Avropa çempionu olub. Lakin o, 500 metrlik məsafəni 9 iştirakçı ilə mübarizədə sonuncu sırada başa vurub.
Prokopenko - Bezuqlıy dueti isə 500 metrlik məsafəni 1 dəqiqə 41 saniyə 876 mikrosaniyəyə qət edərək, bürünc medal qazanıb. Yalnız Almaniya və Polşa təmsilçilərindən geri qalan avarçəkənlərimiz Rusiya, Litva, Belarus, Rumıniya, Ukrayna və Macarıstandan olan rəqiblərini qabaqlayıblar. Onların 1000 metrlik məsafəyə yürüşdə mükafatçılar sırasına düşməsinə 806 mikrosaniyəsi çatmayıb. Nəticədə finişə 3 dəqiqə 37 saniyə 706 mikrosaniyəyə çatan Prokopenko - Bezuqlıy dueti 4-cü pillədə qərarlaşıb.
Komanda hesabında Azərbaycan Ukrayna ilə birgə 9-10-cu yerləri bölüşdürüb. Yığmmız keçmiş SSRİ məkanında Belarus, Rusiya və Litvadan sonra 4-cü olub.
Beləliklə, müstəqil Azərbaycanın avarçəkmə tarixində kanoeçilərimiz ilk mötəbər yarışda uğurla çıxış etməyi bacarıblar. Bu isə cəmi 2 il yarımdır fəaliyyət göstərən Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə yanaşı, ölkə idmanı üçün də möhtəşəm uğur sayılmalıdır. İndiyədək çox az idman növündə belə qısa müddətdə tarixi uğur əldə etmək mümkün olub. Artıq sürətli inkişaf dövrünə qədəm qoyan avarçəkmə növlərini qarşıda daha möhtəşəm uğurlar gözləyir.
Avropa çempionatı
Texniki nəticələr
Seçmə mərhələ
Kayak (K1)
Məsafə: 500 metr
1. Marek Tvardovski (Polşa) – 1:40.315
2. Miçel Zerial (İtaliya) – 1:40.866
3. Oleq Xaritonov (Ukrayna) – 1:41.585
4. Françisko Llera (İspaniya) – 1:41.732
5. Miroslav Kirçev (Bolqarıstan) – 1:42.294
6. Filip Svab (Çexiya) – 1:42.556
7. Edvard Makkiver (Böyük Britaniya) – 1:43.319
8. Məmmədov Ramil (AZƏRBAYCAN) – 1:56.715
Məsafə: 200 metr
1. Ziamyan Turçin (Belarus) – 36.484
2. Jonas Ems (Almaniya) – 36.921
3. Pyotr Semyonovski (Polşa) – 37.028
4. Kasper Nilsen (Danimarka) – 37.443
5. Miçel Zerial (İtaliya) – 37.589
6. Viktor Zavolski (Rusiya) – 38.405
7. Mixail Papasavvas (Yunanıstan) – 39.154
8. Peter Gelle (Slovakiya) – 39.196
9. Ramil Məmmədov (AZƏRBAYCAN) – 41.507
Final A
Kanoe (C1)
Məsafə: 500 metr
1. Zianis Haraja (Belarus) – 1:50.298
2. Yevgeni Suklin (Litva) – 1:50.466
3. Sebastian Brendel (Almaniya) – 1:50.611
4. İvan Ştil (Rusiya) – 1:51.201
5. Atilla Vayda (Macarıstan) – 1:51.787
6. Florin Mironçiç (Rumıniya) – 1:53.179
7. Pavel Baraşkeviç (Polşa) – 1:53.357
8. Matiö Qubel (Fransa) – 1:57.359
9. Valentin Demyanenko (AZƏRBAYCAN) – 2:16.392
Kanoe (C2)
Məsafə: 1000 metr
1. Matias Şafran – Mihali Şafran (Macarıstan) – 3:34.942
2. Erik Leue – Tomaş Vilençek (Almaniya) – 3:36.470
3. Viktor Melantyev – Nikolay Lipkin (Rusiya) – 3:36.900
4. Maksim Prokopenko – Sergey Bezuqlıy (AZƏRBAYCAN) – 3:37.706
5. Liviu Dumitresku – Katalin Kostaş (Rumıniya) – 3:38.816
6. Tomaş Kaçor – Martsin Qrjibovski (Polşa) – 3:39.249
7. Aleksey Şpak – Vladimir Sazonov (Ukrayna) – 3:43.730
8. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) – 3:46.123
9. Xose Bouza – Daniel Luis Kosta (İspaniya) – 3:56.236
Kanoe (C2)
Məsafə: 500 metr
1. Robert Nuk – Ştefan Holts (Almaniya) - 1:40.365
2. Pavel Skovronski – Roman Rınkeviç (Polşa) – 1:41.684
3. Maksim Prokopenko – Sergey Bezuqlıy (AZƏRBAYCAN) – 1:41.876
4. Yevgeni İqnatov – İvan Ştil (Rusiya) – 1:42.120
5. Raymundas Labukas – Tomas Qadeykis (Litva) – 1:42.432
6. Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) – 1:42.557
7. İosif Çirila – Viktor Mixalaçi (Rumıniya) – 1:42.725
8. Vitali Verxeles – Denis Kamerilov (Ukrayna) – 1:43.156
9. Qabor Seles – David Varqa (Macarıstan) – 1:43.666

Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
1 | Almaniya | 6 | 9 | 5 | 20 |
2 | Macarıstan | 6 | 9 | 2 | 17 |
3 | Belarus | 4 | 1 | 1 | 6 |
4 | Rusiya | 2 | 3 | 5 | 10 |
5 | İsveç | 2 | 1 | 0 | 3 |
6 | İspaniya | 2 | 0 | 2 | 4 |
7 | Litva | 1 | 1 | 1 | 3 |
8 | Danimarka | 1 | 0 | 2 | 3 |
9 | Azərbaycan | 1 | 0 | 1 | 2 |
9 | Ukrayna | 1 | 0 | 1 | 2 |
11 | Norveç | 1 | 0 | 0 | 1 |
12 | Slovakiya | 0 | 2 | 1 | 3 |
13 | Polşa | 0 | 1 | 1 | 2 |
14 | Çexiya | 0 | 0 | 2 | 2 |
14 | Böyük Britaniya | 0 | 0 | 2 | 2 |
16 | Sloveniya | 0 | 0 | 1 | 1 |
0
0