Avropa çempionatının bürünc mükafatçıları: Bu, bizim üçün böyük dərs olacaq
29.06.2009 - 18:21
“Əməyimiz hədər getmədi və Avropa çempionatında 500 metrlik məsafəyə yürüşdə bürünc medal qazandıq. Əlbəttə, 1000 metrlik məsafəni də medalla başa vurmaq istərdik. Amma tale belə gətirdi ki, cəmi bir bürünc medalla kifayətləndik”. Apasport.az saytının məlumatına görə, bunu Avropa çempionatında üçüncü yeri tutan Azərbaycan kanoe yığmasının üzvləri Maksim Prokopenko - Sergey Bezuqlıy dueti jurnalistlərə müsahibəsində deyib.
Kanoeçilərimiz qarşıdakı dünya çempionatında qızıl və gümüş medallar qazanmağa çalışacalarını bildirib: “Dünya çempionatınadək cəmi ayyarım vaxtımız var. Kanoe növündə güclü rəqabət mövcuddur. Amma inanırıq ki, Avropa çempionatındakı çıxışımız bizim üçün böyük dərs olacaq. Növbəti yarışa qədər çatışmazlıqlarımızı aradan qaldıracağıq”.
Maksim Prokopenko - Sergey Bezuqlıy dueti vurğulayıb ki, onların Avropa çempionatında daha yaxşı çıxış etməsinə bir sıra amillər maneçilik törədib: “Mənəvi-psixoloji hazırlıq məsələlərini tam yerinə yetirə bilmədik. Bundan sonra işləyəcəyik, çalışacağıq”.

- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artıb
- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
0
0