Bolqarıstan yığmasında azərbaycanlı? - FOTO
30.06.2009 - 23:27
Kanoe və kayak qayıqlarında avarçəkmə üzrə Almaniyada keçirilmiş Avropa çempionatının uğursuzlarından biri də Bolqarıstan yığması olub. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin final mərhələsinə çıxan idmançılar Bolqarıstan mətbuatına böyük sevinc bəxş edib. Çünki avarçəkmə ölkəsi kimi tanınmayan Balkan təmsilçisi üçün bu, böyük uğur kimi dəyərləndirilir.
Kanoe növündə iki nəfərlik qayıqlarda 200 metr məsafəyə yürüşdə finala yüksələn Adnan Əliyev - Dan Georgiyev duetinin çıxışı yüksək qiymətləndirilib. Yarımfinal mərhələsini 40,554 saniyə, finalı isə daha tez - 39,435 saniyəyə qət edən bolqarıstanlı cütlük yarışı 8-ci yerdə bitirib. Əliyev və həmkarı 36,507 saniyə nəticə ilə Avropa çempionu olan latviyalı Labuskas Raymundas - Tomas Qadeykis duetindən təxminən 3 saniyə geri qalıb.
28 yaşlı Adnanın əslən azərbaycanlı olub-olmadığı isə bilinmir. Onun Əliyev soyadını daşıması, valideynlərinin Azərbaycandan olması ehtimalını yürütməyə əsas verir.

0
0