Azərbaycanda yeni idman növü
01.07.2009 - 13:26
Azərbaycanda yeni idman növü sayılan açıq suda üzgüçülük üzrə milli komandaya baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, bununla bağlı Gənclər və İdman Nazirliyində təqdimat keçirilib. Yığmanı Azərbaycanın və SSRİ-in əməkdar idman ustası Pyotr Yeqortsev çalışdıracaq.
“Mən Bakıda doğulmuşam, burada böyüyüb, başa çatmışam. Gənclər və İdman Nazirliyindən aldığım baş məşqçi təklifi mənim üçün gözlənilməz oldu. Böyük məmnuniyyətlə, bu təklifi qəbul etdim. İnanıram ki, milli komandamız gələcəkdə ciddi uğurlar qazanacaq” – deyə Yeqortsev vurğulayıb.
Ölkəmizi beynəlxalq yarışlarda iki legioner – bir kişi və bir qadın üzgüçü təmsil edəcək. Bunlar ukraynalı Sergey Fesenko və belaruslu İnqa Kotsurdur. Hər iki idmançı öz ölkələrindəki şəraitsizlikdən şikayətləniblər. Sergey bildirib ki, məhz şəraitsizlik ucbatından legioner həyatı yaşamağa razılıq verib: “Ukraynada normal məşq keçmək üçün də yer yoxdur”. İnqa isə Azərbaycana gəlməyi geriyə addım saymır: “Nəinki geriyə, hətta irəliyə addımdır. Şərait olarsa, yaxşı da uğurlar əldə edəcəyik”.
Açıq suda üzgüçülük yarışları dənizdə, göldə və ya çayda keçirilir. Bu növdə 5, 10 və 25 km məsafələrə yürüşlər olur. Turnirlərin təşkili üçün suyun temperaturunun +18 dərəcə olması vacib şərtdir. 10 km məsafəyə yürüş 2008-ci il Pekin Olimpiadasının proqramına salınıb.
O ki qaldı legionerlərə, onlar ölkəmizin adından ilk dəfə avqustda Bolqarıstanda keçiriləcək Dünya Kubokunun mərhələ yarışında çıxış edəcəklər.

- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
0
0