Elçin Zeynalov: Bu, bizim ən ağrılı yerimizdir
01.07.2009 - 14:05
Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatındakı tarix uğur münasibətilə bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəhbərliyi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə AMAF prezidenti Elçin Zeynalov, Avropa çempionu Valentin Demyanenko, bürünc mükafatçılar Maksim Prokopenko - Sergey Bezuqlıy dueti, kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Vasili Kovbanovski iştirak edib.
Mətbuat konfransında çıxış edən Elçin Zeynalov avarçəkmə sahəsində müəyyən işlərin görüldüyünü bildirib: “Hazırda Mingəçevirdə misli görünməmiş “Kür” Olimpiya İdman Mərkəzi inşa olunur. Avarçəkmədə böyük dəyişikliklər, inkişaf var. Mayda Polşada təşkil olunmuş Dünya Kubokunun II mərhələsində kanoeçilərimiz Valentin Demyanenko, eləcə də Maksim Prokopenko - Sergey Bezuqlıy dueti bürünc medal qazanıblar. Avropa çempionatında hər 3 idmançımız birbaşa finala vəsiqə əldə edib. Demyanenko 200 m məsafəyə yürüşdə qızıl, Maksim Prokopenko - Sergey Bezuqlıy dueti isə 500 m məsafədə bürünc medala yiyələnib”.
AMAF prezidenti perspektiv planlardan danışarkən, proqnoz verməyin əleyhinə olduğu söyləyib: “Təbii ki, hər bir idmançı olimpiadada iştirakı arzulayır. Ancaq mən bəri başdan deyə bilmərəm ki, yay olimpiya oyunlarında 33 avarçəkmə medalından neçəsini qazanacağıq. İdmanda proqnoz vermək çətindir. Çünki idmançı adicə gecə pis yatır və ya ona soyuq dəyir, ertəsi günü yarışda nəticə tam tərsinə olur. Biz ilk növbədə London Olimpiadasına lisenziya qazanmağa çalışırıq. Bundan ötrü əlimizdən gələni əsirgəmirik”.
Zeynalov mövcud problemlərdən də söz açıb. O qeyd edib ki, Bakıda məşq bazasının, süni su kanalının olmaması çox ciddi çatışmazlıqdır: “Bu, bizim ən ağrılı yerimzidir. Bakıda dəniz var, amma burada küləyə, dalğaya görə məşq etmək qeyri-mümkündür. Paytaxta süni su kanalı mütləq lazımdır. Ümidvaram ki, Bakıda gec-tez süni su kanalı olacaq. Yaxın vaxtlarda bu məsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə müraciət ünvanlayacağıq”.
Federasiya rəhbəri, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında avarçəkmə kafedrasının yaradılmasının da vacibliyini vurğulayıb.

- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- Beynəlxalq Olimpiya Komitəsindən MOK-a cavab
- AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
0
0