Milli komandada 4 debütant
01.07.2009 - 15:08
Milli komandada 4 debütant
Görmə qüsurlu idmançılarından ibarət Azərbaycan cüdo yığması Avropa çempionatında iştirak etmək üçün Macarıstanın Debretsen şəhərinə yollanır. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Əhməddin Rəcəbli və məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında səfərə 11 idmançı aparılır.

Milli komandamız bütün çəki dərəcələrində iştirak etməklə bərabər, 4 çəki dərəcəsində (60, 73, 81, 100 kq) 2 cüdoçu ilə təmsil olunacaq. Pekin Paralimpiadasında müvəffəqiyyət qazanmış cüdoçularla yanaşı, Avropa çempionatında Ceyhun Muradov (60 kq), Zakir Müslümov, Rövşən Səfərov (hər ikisi 81 kq) və Xəyal Qəniyev (100 kq) də mübarizə aparacaq. Bu, onların yığmada ilk rəsmi yarışı olacaq. Qarşıdakı yarışda əsas məqsəd 2012-ci il XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazanmaqdır.
0