Yanko Rusev danışdı: Ayın 8-də Bakıya gəlirəm
06.07.2009 - 16:50
Ağır atletika üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin olunan bolqarıstanlı Yanko Rusev yeni vəzifədə işə iyulun 8-də başlayacaq. Apasport.az saytının məlumatına görə, bunu Rusev extratime.az-a müsahibəsində deyib.
“Məni iyulun 8-dən sonra Azərbaycan yığmasının baş məşqçisi saymaq olar. Məhz həmin gün sizin ölkənizə gələcəyəm” - deyə 51 yaşlı çalışdırıcı vurğulayıb.
O, Azərbaycan Ağır Atletika Federasiyasından yaxşı təklif aldığını gizlətməyib: “Rəhbərlik bu idman növünü inkişaf etdirmək üçün mənə ən yaxşı şərtlərə malik müqavilə təklif etdi. Mən nəinki sadəcə yığmanın baş məşqçisi işləməyə razılıq vermişəm, hətta bu təklifi böyük məmnuniyyətlə qəbul etmişəm”.
Rusev 2006-cı ilin payızından milli komandamıza rəhbərlik edən Vahid Nəzərovu əvəzləyəcək.
Qeyd edək ki, Yanko Rusev 1980-ci ildə Moskvada olimpiya çempionu olub. Beşqat dünya və Avropa çempionu tituluna yiyələnmiş bolqarıstanlı 34 dəfə dünya rekordunu təzələyib.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0