Taekvondoçularımız Universiadanı medalsız başa vurdular
06.07.2009 - 18:31
Serbiyanın paytaxtı Belqradda keçirilən Yay Universiadasında taekvondoçuların mübarizəsinə yekun vurulub.
Lent.az-ın məlumatına görə, bu yarışa 7 kişi və 4 qadın taekvondoçu ilə qatılan milli komandamız heç bir medal qazana bilməyib.
Onların əksəriyyəti elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Qadın taekvondoçularımızdan Arzu Bağırova (55 kq) 1/16 finalda, Aygül Abdullayeva (47 kq) və Günay Ağakişiyeva (59 kq) 1/8 finalda, Yelena Abbasova (63 kq) isə ¼ finalda yenilib.
Kişi taekvondoçularımıza gəldikdə, Asim Xudiyev (54 kq), Rövşən Məmmədov (62 kq), Fariz Əliyev (67 kq) və İlkin Şahbazov (72 kq) 1/16 finalda, Samir Aydınov (58 kq), Ramin Əzizov (78 kq) və Bayraməli Vəliyev (84 kq) isə 1/8 finalda yeniliblər.
Qeyd edək ki, iyulun 12-dək davam edəcək Universiadada ölkəmiz daha 3 idman növündə – cüdo, atletika və bədii gimnastikada da təmsil olunacaq. Hələlik cəmi 33 ölkə medal qazana bilib. Onların arasında Azərbaycan yoxdur. Əvəzində bu siyahıda yer alan Ermənistan yeganə bürünc medalı məhz taekvondo növündə qazanıb. Sabah mübarizəyə cüdoçularımız və yüngül atletlərimiz qoşulacaqlar. İyulun 9-da isə bədii gimnastika yarışları başlanacaq.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0