Güləşi necə inkişaf etdirmək olar?
08.12.2009 - 15:47
Güləşi necə inkişaf etdirmək olar?
Dekabrın 18-dən 20-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan kuboku uğrunda yarış keçiriləcək. Bu haqda apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

AGF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarışda məqsəd sərbəst və yunan-Roma güləşi idman növlərinin təbliği və inkişafı, pəhləvanların idman ustalıqlarının artırılması və təkmilləşməsinə nail olmaq, həmçinin milli komandanın heyətini müəyyənləşdirməkdir. Nəticələrə əsasən, ilk üç yeri tutmuş pəhləvanlar yığmaya cəlb olunacaqlar. Şəxsi və komanda hesabında keçiriləcək yarışda AGF nümayəndəliklərinin idmançıları öz qüvvələrini sınayacaqlar. Şəxsi yarışda çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və mükafatlarla təltif olunacaqlar. Komanda hesabında I, II, III sırada qərarlaşanlara isə diplom və kuboklar təqdim ediləcək. Açılış mərasimi 18 dekabr 2009-cu il saat 17:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində olacaq. İlkin və təsəlliverici görüşlər hər gün saat 10:00-da, final görüşləri isə 17:00-da başlanacaq.

Azərbaycan kubokunun proqramı:
18 dekabr


Sərbəst güləş: 55, 66, 84 və 120 kq

19 dekabr 2009-cu il
Sərbəst güləş: 60, 74 və 96 kq
Yunan-Roma: 55 və 60 kq

20 dekabr 2009-cu il
Yunan-Roma: 66, 74, 84, 96 və 120 kq
0