Kollina Bakıda döyüldü
09.12.2009 - 09:53
“Sərhədçi” Olimpiya İdman Mərkəzində boks üzrə “AİBA Prezidenti Kuboku” uğrunda yarış start götürüb. Apasport.az saytının məlumatına görə, turnirdə 8 komanda mübarizə aparır. Avropa, Asiya və Amerika iki, Okeaniya və Afrika isə hərəyə bir yığma ilə təmsil olunur. Ümumilikdə isə Bakıya 35 ölkənin 88 boksçusu toplaşıb.
Yarışa qatılan 6 həmyerlimizdən 3-ü - Samir Məmmədov (54 kq), İsmət Eynullayev (60 kq) və Sadiq Eynullayev (64 kq) Avropa-1, digər yarısı Elşən İsmayılov (57 kq), Emil Məhərrəmov (69 kq) və Elçin Əlizadə (+91 kq) isə Avropa-2 komandasının heyətində yer alıb. Boksçularımız startda uğur qazanıblar. Əvvəlcə İsmət Eynullayev Amerika təmsilçisi Luis Evertonu məğlub edib. Daha sonra rinqə çıxan İsmətin qardaşı Sadiq Eynullayev də qələbə sevinci yaşayıb. O, Afrika komandasının üzvü Luis Rixardo Kollinanı döyüb.
Qeyd edək ki, mükafat fondu 50 min ABŞ dolları olan yarış dekabrın 11-də başa çatacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0