Samir Məmmədov məğlubiyyətlə üzləşdi
10.12.2009 - 10:27
Azərbaycanın daha 3 boksçusu Bakıda 8 komandanın iştirakı ilə keçirilən “AİBA prezidenti kuboku” uğrunda beynəlxalq turnirdə mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizdən ikisi rinqdən qalib ayrılıb.
Elşən İsmayılov (57 kq) ilk döyüşdə Xurşid Todjibayevi (Asiya-1, Özbəkistan), Emil Məhərrəmov (69 kq) isə Asadullo Baymuradovu (Asiya-1, Qırğızıstan) məğlub edib. Təcrübəli boksçumuz, Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Samir Məmmədov(54 kq) uğursuzlu yaşayıb. O, Orzubek Şaimovla (Asiya-1, Özbəkistan) bacarmayıb.
Xatırladaq ki, yarışın ilk günündə rinqə çıxmış Azərbaycanın 2 idmançısı - İsmət Eynullayev (60 kq) və onun qardaşı Sadiq Eynullayev (64 kq) qələbə qazanmışdı.
Mənbə: AzərTAc

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0