Azərbaycan karateçiləri hara, Vladimir Putin hara?
10.12.2009 - 10:49
Rusiyanın baş naziri Vladimir Putin karatenin kyokşin növündə ən ali dərəcələrdən birinə sahib olacaq. Apasport.az saytının məlumatına görə, sabiq prezident 7-ci dan alacaq. Putinə bu kəməri məşhur yapon karate ustası Xatsuo Royama təqdim edəcək. İlk mütləq dünya çempionatının gümüş mükafatçısı olan Royama 8 il öncə Putinə 5-ci dan təqdim etmişdi.
Təqdimat mərasimi kyokşin üzrə Rusiyanın VI açıq birinciliyi zamanı təşkil olunacaq. Xatsuonun Moskvaya səfəri bu yarışa qatılacaq yaponiyalı yeniyetmələrə dəstək xarakteri də daşıyacaq. Turnirdə rus və yapon karateçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Bolqarıstan və Qazaxıstan təmsilçiləri də iştirak edəcək.
Qeyd edək ki, müəllifi olduğu “Cüdo öyrənirik” kitabını bu ilin yazında Yaponiyada təqdim edən Putin bu işinə, həmçinin iki ölkə arasında münasibətlər və cüdo haqda biliklərinə görə Tokio universitetinin fəxri doktoru adını alıb. Hətta bu kitaba əsasən, film çəkilib ki, orada Putinin fəndləri göstərilib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0