Fərid Mansurov evləndi
10.12.2009 - 12:31
Dekabrın 9-da “Ma Donna” şadlıq evində yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun toy mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirə 800-dək qonaq qatılıb.
Qonaqlar arasında bəy və gəlinin yaxınları ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, vergilər nazirinin müavini Namiq Əliyev, millət vəkilləri Ülvi Quliyev, Rauf Əliyev, Adil Əliyev, Eyvaz Qurbanov və digərləri, Bakı şəhər rayonlarının icra başçıları, olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftahəddinova, Elnur Məmmədli, digər tanınmış idmançılar, eləcə də Azərbaycan Güləş Federasiyasının (AGF) əməkdaşları olub. AGF-nin prezidenti, vergilər naziri Fazil Məmmədov isə Azərbaycanda olmadığı üçün toya qatıla bilməyib.
Toyu müğənni Nadir Qafarzadə aparıb. Digər tanınmış müğənnilərimiz də mərasimdə öz mahnılarını səsləndiriblər.
Qeyd edək ki, 66 kq çəki dərəcəsində çıxış edən Fərid Mansurov 2004-cü il Afina Yay Olimpiya Oyunlarının, həmçinin 2007-ci və 2009-cu ildə dünya çempionatlarının qalibi olub.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0