Olimpiya çempionuna 7 il həbs cəzası
10.12.2009 - 17:58
Macarıstanlı olimpiya çempionu Peter Farkaşa 7 illik həbs cəzası kəsilib. Apasport.az saytının məlumatına görə, 1992-ci ildə Barselona Olimpiadasının qalibi olmuş güləşçi narkotika alverində günahlandırılır. 41 yaşlı veteran idmançı bir ildən artıqdır gizləndiyi üçün ona qiyabi hökm oxunub.
Peter və onun qardaşı Karolla bağlı cinayət işi hələ 2004-cü ildə açılıb. İstintaq nəticəsində onların Budapeştdə analarının evində marixuana yetişdirmələri aşkarlanıb. Məhkəmə ötən ilin noyabrında qardaşları günahkar sayıb və Peterə 5, Karola isə 7 il iş verib. Hökm oxunmamışdan əvvəl isə qardaşlar məhkəmə zalını tərk edərək, gizləniblər. Karol növbəti gün həbs olunsa da, Peteri indiyədək tutmaq mümkün olmayıb. Onun Tailandda gizləndiyi, saxta sənədlə yaşadığı ehtimal olunur. İndi Peterə 5 yox, qardaşı kimi 7 illik iş verilib.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0