İkisi uduzdu, ikisi qalib gəldi
11.12.2009 - 09:38
“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan “AİBA prezidenti” kuboku uğrunda yarışda yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, final ərəfəsində Azərbaycanın 4 təmsilçisindən ikisi uğurlu nəticə göstərib.
60 kq çəki dərəcəsində yarışan və Avropa-1 komandasının heyətində yer alan İsmət Eynullayev Qırğızıstan nümayəndəsi Asılbəy Talasbayevə (Asiya-1) 4:7 hesabı ilə uduzaraq, 3-cü yeri tutub. Eyni zamanda, Elşən İsmayılov da (57 kq, Avropa-2) məğlubiyyət acısı dadıb. O, meksikalı Oskar Rafael Valdes Fierro (Amerika-1) ilə bacarmayıb - 2:6. Nəticədə İsmayılov da bürünc medalla kifayətlənib.
Əvəzində, Sadiq Eynullayev (64 kq, Avropa-1) və Emil Məhərrəmov (69 kq, Avropa-2) finala vəsiqə qazanıblar. Onlar bu gün qızıl medal uğrunda müvafiq olaraq, fransalı Aleksis Vastin (Avropa-2) və rusiyalı Surxab Çidayevi (Avropa-1) sınağa çəkəcəklər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0