İlin ən yaxşıları Bakıda mükafat aldılar
11.12.2009 - 10:51
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) forumu keçirilib. Apasport.az saytının məlumatına görə, forumun işində Assosiasiyanın üzvü olan müxtəlif komitələrin 100-dən çox nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov forumun ölkəmiz üçün əhəmiyyətindən danışıb. O bildirib ki, məhz Bakıda AİBA ailəsinin üzvləri boksun gələcəyi üçün önəmli məsələləri müzakirə edirlər. Azərbaycanda dünya və Avropa çempionatlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini söyləyən Heydərov respublikamızın dünyada idman ölkəsi kimi şöhrət qazandığını nəzərə çatdırıb: “Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana diqqəti və qayğısı Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıtdırıb. Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız müxtəlif yarışlarda nailiyyətlər qazanır, ölkəmiz dünya səviyyəli yarışlara ev sahibliyi edir”.
AİBA-nın prezidenti Çinq-Kuo Vu çıxış edərək, Bakıda həm “AİBA prezidenti kuboku” turniri, həm də qurumun illik forumunun yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Forumun işi AİBA-nın komitə üzvlərinin müzakirələri ilə davam etdirilib. Müzakirələrdə dünyanın bütün ölkələrində qadın boksunun inkişafı, bu sahədə problemlər və digər məsələlərlə bağlı çıxışlar dinlənilib. Təcrübəli qadın boksçularla yanaşı, bu sahədə hakimlərin, məşqçilərin də yetişdirilməsinin zəruriliyi vurğulanıb.
Forum başa çatdıqdan sonra isə AİBA ilin yekunlarına görə, ən yaxşı boksçuları mükafatlandırıb. Qaliblər 12 nominasiya üzrə elan edilib. İlin ən yaxşı boksçusu italiyalı Domeniko Valentino olub. Rusiyalı Sergey Sobelinski yeniyetmələr arasında ilin ən yaxşı boksçusu, Rusiya yığmasının məşqçisi Nikolay Xromov isə ilin ən yaxşı məşqçisi seçilib. Bundan başqa, ən yaxşı hakim, sponsor, jurnalist, texniki komitə və digər nominasiyalar üzrə qaliblərə mükafatlar təqdim edilib.
Mənbə: AzərTAc

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0