7 milyon dollarlıq at – FOTO
11.12.2009 - 17:41
Türkiyədə 7 milyon dollara yarış atı satılır. Apasport.az saytının məlumatına görə, “Turbo” adlı at Erdin Düzarata məxsusdur. “Turbo” ilk dəfə 2008-ci ilin aprelində qüvvəsini sınayıb. O vaxtdan bəri keçən il yarım ərzində bu at sahibinə 3,274 milyon türk lirəsi (təxminən 1,6 milyon manat) qazandırıb.
Səs-sorağı xaricə yayılan “Turbo”nun son vaxtlar müştəriləri artıb. Hətta onu almaq üçün Erdinə ABŞ-dan da təklif gəlib. Buna görə də Düzarat “Turbo”nun qiymətini müəyyənləşdirib: “Bu yaxınlarda ərəblər ata baxaraq, onu bəyəndilər. Həmçinin, amerikalı bir iş adamından ciddi təklif aldıq. Təklifləri nəzərdən keçiririk. Müvafiq qurumdan icazə alan kimi, atı satacağıq”.
Onu da əlavə edək ki, “Turbo” mübarizə apardığı ilk 1 ildə 21 yarışa qatılıb və bütrün rəqiblərini geridə qoyub.

- Bilyardın "Snuker" növü üzrə ölkə çempionatının qalibləri bəlli olub - FOTO
- Millimiz təlim-məşq toplanışına start verib
- III MDB Oyunlarında fəaliyyət göstərəcək könüllülərin sayı açıqlanıb - FOTO
- “Snuker” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
- Fəridə Əzizova Atletlər Komissiyasının sədri seçilib - FOTO
0
0