ŞOK: Qadın idmançı ştanq qaldırarkən doğdu
16.12.2009 - 10:56
Çilinın qadın ağırlıqqaldıranı Elizabet Poblete məşq vaxtı özü də gözləmədən doğub. Lent.az-ın "The Guardian" nəşrinə istinadən verdiyi məlumata görə, 22 yaşlı idmançı ştanqla hərəkətlərdən birini yerinə yetirərkən, oğlan uşağı dünyaya gətirib.
Poblete bundan xeyli təəccübləndiyini etiraf edib. O, bildirib ki, doğuş öncəsi son həftə ərzində özünü pis hiss edib.
Oğlan uşağı qoyulmuş vaxtdan 3 ay tez doğulub. Hazırda o, Braziliyanın San-Paulu şəhərindəki klinikanın intensiv terapiya palatasındadır. Məhz San-Pauluda məşq edərkən doğan Poblete isə artıq xəstəxananı tərk edib. Ağırlıqqaldıran müalicə haqqını ödəməyə pulunun olmadığını açıqlayıb.
Qeyd edək ki, Elizabet Poblete 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində çıxış edib və 12-ci yeri tutub.

- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
0
0