“Lipa”ya 4 illik cəza verdilər
18.12.2009 - 12:42
“Lipa”ya 4 illik cəza verdilər
Dopinq-test zamanı bir idmançının əvəzinə digərinin yoxlamadan keçirilməsinə nail olan məşqçi Çju Lidun Çində keçirilən atletika üzrə regional yarışı “reklam edib”. Apasport.az saytının məlumatına görə, Heyluntszyan əyalətində keçirilən yarışda fırıldağa əl atmış hər 3 şəxs cəzasını alıb.

Rəfiqəsinin yerinə dopinq nəzarəti məntəqəsinə gələn Ten Hayna məşqçisi ilə birdə yarışlardan 4 illik kənarlaşdırılıb. Onlar hərəyə 2900 manat cərimə də ödəməli olacaqlar. Öz yerini Tenə verən Ha Syanpinin cəzası isə daha yüngül olub - 1 illik diskvalifikasiya və 730 dollar cərimə.

Yarışda iştirak edən və test verən qızların şəkillərini müqayisə edən təşkilatçılar onların ayrı-ayrı adamlar olduğunu sübut etməyə çətinlik çəkiblər. Ten özünü sonadək Ha kimi qələmə verməyə çalışıb.

Qeyd edək ki, regional yarışlarda məşqçilərin belə fırıldaqlara əl atması mükafat fondunun kifayət qədər cəlbedici olması ilə bağlı olub. Yetirmələrinin uğurları üçün para qazanmaq istəyi çalışdırıcıları hər vasitəyə əl atmağa vadar edib.
0