Əlinin döyüşündə qan töküldü - FOTOSESSİYA
18.12.2009 - 14:55
Azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun Rusiyada keçirdiyi döyüşdə qan tökülüb. Apasport.az saytının məlumatına görə, həmvətənimiz WBO “Intercontinental” kəməri uğrunda döyüşdə rusiyalı Denis Lebedevə uduzub. Həmvətənimiz 6 raund döyüşə bilib. Lebedevin zərbələri nəticəsində Əlinin qaşı partlayıb, üz nahiyəsində çapıqlar əmələ gəlib. Bunu nəzərə alan İsmayılovun məşqçiləri onun 7-ci raunda çıxmasına imkan verməyiblər. Döyüşməkdən imtina edən 35 yaşlı təmsilçimiz texniki məğlubiyyət alıb.
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
0
0