“İdman-Azərbaycan”ın Yeni il şənliyi
18.12.2009 - 19:58
Bu gün “İdman-Azərbaycan” kanalı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir təşkil edib. Apasport.az saytının xəbərinə görə, mərasimə Azərbaycan idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Tədbirdə çıxış edən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Faiq Hüsüyev, “İdman-Azərbaycan” kanalının direktoru Elsəvər Dünyamalıyev qonaqları salamlayıb, onların qarşıdan gələn bayramlarını təbrik edib. Hər iki natiq çıxışlarında Azərbaycan idmanının 2009-cu ildəki nailiyyətlərinə toxunublar.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, olimpiya çempionları Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftəhəddinova və digərləri ürək sözlərini çatdırıblar.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, olimpiya çempionları Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftəhəddinova və digərləri ürək sözlərini çatdırıblar.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0