Olimpiya çempionumuz qayıdır!!! - FOTO
15.02.2010 - 15:52
İlyarımlıq fasilədən sonra Azərbaycan cüdoçusu, Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli ilk dəfə rəsmi yarışda qüvvəsini sınayacaq. Bu haqda apasport.az saytına Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə məlumat verib. Onun sözlərinə görə, 22 yaşlı olimpiya çempionu bu həftəsonu Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-Pridə mübarizə aparacaq. Ancaq Elnur 2008-ci ilin avqustunda Pekin Olimpiadasında olduğu kimi 73 kq-da deyil, 81 kq çəki dərəcəsində çıxış edəcək.
Eyni zamanda, Pekin Yay Olimpiya Oyunlarından bürünc medal gətirmiş və o vaxtdan bəri rəsmi turnirlərə qatılmayan Mövlud Mirəliyev (100 kq) də tatami üzərinə çıxacaq. Almaniyaya İlqar Müşkiyev (60 kq), Sərxan Əhmədov, Ramil Qasımov (hər ikisi 66 kq), Ramin Qurbanov, Elxan Məmmədov (hər ikisi 90 kq), Elmar Qasımov Qasımov (100 kq) və Emin Tahirov (+100 kq) da aparılacaq.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0