Vankuverdə çılpaq qalmaqal
17.02.2010 - 11:49
Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında növbəti qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 10 km məsafəyə yürüşdə qızıl medal qazanan İsveç xizəkçisi Şarlott Kalla xoşagəlməz hadisə ilə üzləşib.
Baş verənlərə üzülən 22 yaşlı idmançı yarışdan əvvəl başına gələnləri idman ictimaiyyətinə çatdırmağa qərar verib. Skandinaviyalı gözəlçə dopinq-testi verərkən WADA əməkdaşlarının ədalətsizliyi ilə üzləşdiyini bildirib. Şarlott analiz verəndə də ekspertlər bununla kifayətlənməyib. WADA nümayəndələri qarşılarındakı gözəl olimpiya çempionunun lüt soyunmasını tələb ediblər.
Buna isveçlinin paltarının altında başqasının sidiyi olan qab gəzdirdiyini və analizi də oradan verməsi ilə bağlı şübhələr səbəb olub. Yalnız xanım soyunduqdan sonra WADA əməkdaşları Şarlottun öz analizini verdiyinə əmin olub.
Soyunmağa məcbur olduğunu açıqlayan olimpiya çempionu yaşadıqlarına görə güclü stress keçirdiyini bildirib. Belə sarsıntıdan sonra Şarlott hətta psixoloqa müraciət etməyi lazım bilib.

- Azərbaycan kamandan oxatanları beynəlxalq turnirdə uğurla çıxış ediblər
- Yalçın Rəfiyev: “Azərbaycan D-8-də sürətli irəliləyiş əldə edib”
- D-8 baş katibi: “Azərbaycanla əməkdaşlıqdan məmnunuq”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Bakı ilk dəfə “D-8” Gənclər Dialoquna ev sahibliyi edir
0
0