Yığmamız Avropa çempionatına Ukraynada hazırlaşacaq
17.02.2010 - 15:59
Fevralın 19-dan 21-dək Ukraynanın paytaxtı Kiyevdə bu ölkənin güləşçilərinin xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu yarışlara ümumilikdə 16 pəhləvanımız qatılacaq.
Sərbəst güləş üzrə yığmamızı turnirdə Ceyhun Əliyev (55 kq), Xaybulla Şaalov, Hacı Əliyev (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xəqan Süleymanov (hər ikisi 66 kq), Əşrəf Əliyev, Aqil Quliyev (hər ikisi 74 kq) və Əli İsayev (120 kq) təmsil edəcək. Komandamız səfərə məşqçilər Aslan Ağayev və Siracuddin Eldarovun rəhbərliyi ilə yollanacaq.
Qadın güləşçilərimizdən isə Nadya Qradyuk (55 kq), Sona Əhmədli, Yuliya Radkeviç (hər ikisi 59 kq), Katerina Dombrovskaya, Olesya Zamula (hər ikisi 63 kq), Zümrüd Qurbanhacıyeva, Nadejda Sementsova (hər ikisi 67 kq) və Dina İvanova (72 kq) döşək üzərinə çıxacaq. Yığmamızı böyük məşqçi Kurban Kurbanov yarışa hazırlaşdırıb. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və Fərəqət Cəlalov Ukraynada hakim funksiyasını yerinə yetirəcək.
Kiyev turniri pəhləvanlarımız üçün “Dünya kuboku” yarışlarına (6-7 mart) və Avropa çempionatına (13-18 aprel) hazırlıq xarakteri daşıyacaq.

0
0