Ermənilər Bakıya gəlməkdən qorxurlar
18.02.2010 - 01:14
Ermənistan Boks Federasiyası (EBF) aprelin 20-də Bakıda start götürəcək gənclər arasında dünya çempionatında iştirakına dair qəti qərara gəlməyib.
Lent.az-ın məlumatına görə, bu haqda "panorama.am"a EBF-in baş katibi Leva Ovannisyan açıqlama verib.
O, Beynəlxalq Həvəskar Boks Assosiasiyasına (AİBA) dünya çempionatına qatılacaqları haqda rəsmi məktub göndərdiklərini təsdiqləsə də, Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməli olduğunu vurğulayıb. Ovannisyanın sözlərinə görə, tezliklə AİBA nümayəndəsi Bakıya gələcək. Azərbaycan paytaxtında dünya çempionatının təşkilat komitəsinin iclası keçiriləcək. İclasın gündəliyindəki birinci məsələ Ermənistan yığmasının təhlükəsizlik təminatı olacaq. Təşkilat komitəsinin qərarından asılı olaraq, Ermənistan iştirak ərizəsini təsdiqləyib-təsdiqləməklə bağlı yekun qərar qəbul edəcək.
Xəbərdə o da bildirilir ki, təhlükəsizlik təminatı veriləcəyi halda, EBF dünya çempionatında bütün çəkilərdə təmsil olunmayacaq. Ən yaxşı halda Bakıya 6-8 boksçu gələcək. Konkret heyət təlim-məşq toplantısından sonra müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyası Ermənistan nümayəndə heyətinə dünya çempionatında təhlükəsizlik təminatı verməyə hazır olduğunu dəfələrlə bəyan edib.

- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0