Vankuverdə daha bir maraqlı hadisə
20.02.2010 - 15:08
Kanadanın Vankuverdə şəhərində keçirilən Qış Olimpiya Oyunlarında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, təşkilatçı ölkənin kerlinq üzrə yığmasının üzvü Kristi Murun hamilə olduğu üzə çıxıb. 30 yaşlı qadın idmançı hamiləliyinin 5-ci ayını yaşayır. Mur boylu olmasının onun oyununa təsir etmədiyini bildirib: “Doğuş vaxtım 8-9 aya yaxınlaşarsa, onda bu, çıxışıma təsir göstərər. Ancaq indi hər şey qaydasındadır”.
Kristi qış olimpiadaları tarixində hamilə vəziyyətdə çıxış edən üçüncü idmançıdır. İlk belə hal 1920-ci ildə Antverpendə keçirilən olimpiadada baş verib. Həmin vaxt isveçli fiqurlu konkisürən Maqda Julinin hamilə olması onun qızıl medal qazanmasına maneçilik törətməyib. 2006-cı ildə Turində gerçəkləşən Qış Olimpiya Oyunlarında isə almaniyalı skeletonçu Diana Sartor 3 aylıq hamilə olub. Ancaq Diana həmin turnirdə 4-cü yeri tutmaqla, medalın bir addımlığında büdrəyib.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0