SOS: Azərbaycan cüdosu ipponda!
22.02.2010 - 10:08
Azərbaycan cüdo yığması növbəti dəfə beynəlxalq yarışda fiaskoya uğrayıb. Apasport.az saytının məlumatına görə, milli komandamız Almaniyanın Düsseldorf şəhərində təşkil olunan Qran-Pri turnirində uğursuzluğa düçar olub. Belə ki, lisenziya xarakterli yarışa qatılan 6 idmançımızdan heç biri fəxri kürsüyə yüksələ bilməyib.
Təmsilçilərimizdən yalnız Elxan Məmmədov (90 kq) medal qazanmağa yaxın olub. Robert Dumke (Almaniya) və Dmitro Berejnini (Ukrayna) məğlub edən 28 yaşlı cüdoçumuz 1/4 finalda mübarizəni dayandırıb. Onun yarımfinala gedən yolunu yaponiyalı Yuya Yoşida kəsib. “Böyük Dəbilqə” və Qran-Pridə təsəlliverici mərhələ olmadığından, Elxan 5-ci yerlə kifayətlənib.
Digər həmyerlilərimiz - İlqar Müşkiyev (60 kq), Sərxan Əhmədov (66 kq), Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) daha zəif təsir bağışlayıblar. Turnirdə olimpiya çempionu Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin çıxışı gözlənilsə də, bu baş tutmayıb. Yekunda Azərbaycan yığması 45 kollektiv arasında 27-33-cü yerləri bölüşdürüb.
Qeyd edək ki, bu ayın əvvəlində keçirilən “Böyük Dəbilqə” turnirində də eyni ssenari təkrarlanmışdı. Yeddi cüdoçumuzun hamısı fəxri kürsüdən kənarda qalmışdı və yalnız Elxan Məmmədov 5-ci pillədə qərarlaşmışdı. Ümumiyyətlə, bu il baş tutan “Böyük Dəbilqə”, Qran-Pri və 2 Dünya Kubokunda cəmi 2 medal əldə etmişik. Dünya Kubokunda Samir Dadaşzadə (66 kq) gümüş, Tərlan Kərimov isə (66 kq) bürünc medala yiyələnib.

- Üzgüçümüz Sofiyada qızıl medal qazanıb
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
0
0