Pəhləvanlarımız Qum və Burqasda güləşəcəklər
24.02.2010 - 15:03
Fevralın 25-26-da İranın Qum şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında “Yadigar İmam Kuboku” yarışı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) apasport.az saytına verilən məlumata görə, yığmamız məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında bu turnirdə iştirak edəcək. Komandamızın heyətində Xəzər Allahverdiyev, Qadir Süleymanov (hər ikisi 55 kq), Anar Əsədov, Natiq Bağırov (hər ikisi 60 kq), Tural Hüseynov (66 kq), Elməddin Abdullayev (84 kq), Müslüm Müslümov (120 kq) yer alıb. AGF Hakimlər Kollegiyasının üzvləri Qərib Əliyev və Vaqif Zeynallı isə yarışda ədalət prinsiplərini qoruyacaq.
Fevralın 27-28-də Bolqarıstanın Burqas şəhərində Dan Kolov-Nikola Petrovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirə isə gənclərdən ibarət sərbəst, böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığmalarımız qatılacaq. Sərbəst güləş yığmamız səfərə məşqçilər Arif Abdullayev və Elman Əsgərovun rəhbərliyi altında yola düşəcək.
Komandamızın heyətində Azər Paşayev (55 kq), Ağaəli Ramazanov, Azad İsmayılov (hər ikisi 60 kq), David Suynuçxanov, Rakif Məmmədov (hər ikisi 66 kq), İbrahim Yusubov (74 kq), Turqay Məmmədov, Roman Bəkirov (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Mixail Qazzayev (120 kq) yer alıb.
Yunan-Roma güləşi növündə isə Taleh Məmmədov (55 kq), Emin Əhmədov, Rüstəm Əliyev (hər ikisi 66 kq) və Elvin Mürsəliyev (74 kq) mübarizə aparacaq. Turnirdə hakimlərimiz Xanmirzə Məlikəliyev və Elman İsmayılov da olacaq.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0