“Oyun alqı-satqısında iştirak etməmişəm”
24.02.2010 - 17:14
“Şəhriyar Məmmədyarov blitsdə məndən nisbətən güclüdür. Ancaq bu o demək deyil ki, Moskvada keçirilən blits üzrə dünya çempionatının seçmə mərhələsində Şəhriyar mənə oyun satıb”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan şahmat yığmasının üzvü Rauf Məmmədov deyib.
22 yaşlı zəka sahibi blits üzrə dünya çempionatının seçmə mərhələsinin son turundan danışıb. O, Şəhriyar Məmmədyarovun bilərəkdən uduzması faktını təkzib edib: “Belə şey olmayıb və ola da bilməz. Mən heç vaxt oyun alqı-satqısında iştirak etməmişəm və xal almamışam. Şəhriyarla son görüşümüzün necə olduğunu isə indi sizə danışacağam. Onunla ilk oyunda şah verdim, amma Şəhriyar bunu görmədi və başqa gediş etdi. Qaydalara əsasən o, avtomatik olaraq məğlub sayılırdı. Bu zaman hakim də, mən də təklif etdik ki, gedişi qaytarsın və görüşü davam etdirək. Lakin Məmmədyarov bununla razılaşmadığından, birinci partiyanı uduzdu. Beləcə, o, ikinci oyuna əsəbi başladı və nəticədə həmin görüşdə də məğlubiyyətlə üzləşdi”.
Qeyd edək ki, Rauf Məmmədov məhz Şəhriyarla oyunlarda qazandığı iki xal sayəsində blits üzrə dünya çempionatının final mərhələsinə yüksəlib.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0