Olimpiadada daha bir qəza
25.02.2010 - 10:54
Vankuverdə keçirilən XXI Qış Olimpiya Oyunları növbəti faciənin astanasında olub. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət cütlüklərin bobsley yarışları əbədi favoritlərdən olan almanlar üçün uğursuzluqla nəticələnib.
İlk 3 yürüşdən sonra mükafat qazanmağa yaxın olan Katlin Martini və Romi Loqş məsafəni qət edərkən bəxtsizliklə üzləşib. Dördüncü yürüşün gedişində bobun arxa hissəsində əyləşən Romi kənara “uçub”. Tək qalan Katlin də bobu aşmaqdan xilas edə bilməyib.
Romi qəzadan sağ-salamat çıxmağı bacarsa da, olimpiya medalı arzusunu 4 il təxirə salmalı olub. Katlin isə karyerasında ikinci dəfə komanda yoldaşının halına acıyıb. Hələ bir neçə il əvvəl Martini ilə eyni duetdə iştirak edən idmançı yarış zamanı vəfat etmişdi.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0