Vankuverdə “dördüncü” olan idmançımızın ikinci cəhdi
26.02.2010 - 10:35
Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında qadın dağ xizəkçilərinin slalom yarışları bu gün start götürür. Apasport.az saytının məlumatına görə, okeanın o tayında Azərbaycanı təmsil edən iki idmançıdan biri olan Qaya Bassani Antivari də növbəti dəfə mükafatlar uğrunda mübarizəyə qoşulacaq.
Artıq slalom yarışlarında kimin start xəttinə neçənci çıxacağı müəyyənləşib. Bakı vaxtı ilə axşam saat 22:00-da başlayacaq yarışda 87 xizəkçi mübarizə aparacaq. İtaliyada anadan olan 32 yaşlı təmsilçimiz 74-cü çıxış edəcək. Hər idmançının məsafəni təxminən dəqiqə yarıma qət etdiyini nəzərə alsaq, Qaya təxminən 23:45-00:15 radələrində start xəttində olacaq. Estoniyalı Tiiu Nurmberqdən sonra mübarizəyə qoşulacaq xizəkçimiz türkiyəli Tuğba Daşdəmirdən əvvəl çıxış edəcək. Əgər Bassani finiş xəttinə çatarsa, gecə 01:30-da başlayacaq ikinci yürüşdə mübarizə aparacaq.
Xatırladaq ki, təmsilçimizin Olimpiadada debüt etdiyi nəhəng slalom yarışlarında starta çıxan 86 idmançıdan yalnız 60-ı hər iki cəhddə finiş xəttinə çatmışdı. Bassani isə bu 60 nəfər arasında 57-ci, yəni sonuncudan 4-cü olub.
Qeyd edək ki, slalom yarışlarında xizəkçilər 450-500 metr məsafəni qət etməlidirlər.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0