ŞOK: Mariya Stadnikin olimpiya medalı oğurlandı
26.02.2010 - 12:53
Ukraynanın sərbəst güləş üzrə yığma komandasının 66 kq çəki dərəcəsindəki lideri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Stadnik Lvovun Sixov rayon milis şöbəsinə qarət olunması barədə şikayət edib. Lent.az-ın “ZİK” agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın əməkdar idman ustası mənzilindən ümumilikdə 57200 ABŞ dolları dəyərində oğurluğun edildiyini yazıb.
O bildirib ki, oğrular qapının qıfılını qıraraq, 4700 dollarlıq zinət əşyaları, 25000 dollar dəyərində 8 kişi qol saatı, 5000 dollarlıq məişət texnikası, 2 olimpiya medalı, alkoqol içkiləri, qadın və kişi ətirləri, “Fort-12 CM” tipli rezin güllələr üçün qurğu aparıblar. Hazırda milis cinayətkarları axtarır.
Qeyd edək ki, Andrey Stadnik Azərbaycanın qadın güləşi üzrə yığma komandasının üzvü Mariya Stadnikin əridir. Mariya Stadnik 48 kq çəki dərəcəsində dünya və ikiqat Avropa çempionu, Pekin olimpiadasının bürünc mükafatçısıdır. Oğurlanan olimpiya medallarından biri ona məxsusdur.

- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
0
0