Milli komanda Bakıya gəlməyə pul tapmır
26.02.2010 - 15:12
Apreldə Bakıda keçiriləcək gənclər arasında boks üzrə dünya çempionatında Namibiya yığması iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb afrikalıların maddi çətinliklə üzləşməsidir.
Məsələyə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) müdaxilə etsə də, müsbət nəticəyə nail olmaq müşkülə çevrilib. AİBA rəhbərliyi namibiyalı boksçuların Bakıya gəlmələri üçün aviabiletlər, otel və nəqliyyat xərcini ödəməyə hazır olduğunu bəyan edib. Ancaq həmin vaxt iş-işdən keçibmiş. Çünki Namibiya milli komandası çempionatdan öncə 3 aylıq hazırlıq keçməkdən ötrü lazımi pulu verə bilməyib. Belə olan halda, boksçular təlim-məşq toplanışı keçə bilməyiblər.
“Biz sponsor tapmaq məqsədilə çox cəhd göstərsək də, heç nə alınmadı. Yığmamızın dünya çempionatına yollana bilməməsinə görə təəssüflənirəm. Çünki Bakıdakı yarış Yeniyetmələrin I Olimpiya Oyunlarına lisenziya xarakterlidir” - deyə Namibiya Boks Federasiyasının icraçı-direktoru Co Kaperu vurğulayıb.

0
0