Sumqayıtın icra başçısı dünya şöhrətli atletlərlə görüşüb
26.02.2010 - 15:42
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev ölkəmizdə səfərdə olan Ağır Atletika üzrə Avropa Ustalar Komitəsinin nümayəndə heyətini qəbul edib. Apasport.az saytının məlumatına görə, qonaqlar arasında komitə sədri Bill Barton, onun müavini Jan Hinrichsen, dünya şöhrətli veteran ağır atletlər – Vasili Alekseyev (Rusiya), Leonid Taranenko (Belarus), Məhəmməd Nəsiri (İran) və digərləri olub.
Qonaqları salamlayan Əliyev onlara Sumqayıt şəhəri, ölkəmizin idman siyasəti, bu sahədə əldə edilmiş uğurlar haqda geniş məlumat verib. Daha sonra Barton çıxış edərək səmimi qəbula görə şəhər rəhbərinə minnətdarlığını bildirib. Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, qonaqlar görüşdən sonra Sumqayıtda keçirilən Veteranlar arasında Azərbaycanın 4-cü açıq çempionatında iştirak ediblər.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0