Hardasan, Elnur Məmmədli?
26.02.2010 - 17:54
Beynəlxalq Cüdo Federasiyası (IJF) Almaniyanın Düsseldorf şəhərində keçirilmiş Qran-Pridən sonra yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçuları son yarışda fiasko yaşadıqlarından, mövqelərini bir o qədər də yaxşılaşdıra bilməyiblər. Almaniyadakı turnirdə yalnız Elxan Məmmədov 40, İlqar Müşkiyev və Elmar Qasımov isə hərəyə 24 xal qazanıblar. Halbuki Qran-Pridə ən yüksək xal 200-ə bərabərdir.
Ümumiyyətlə, reytinq cədvəli 2009-cu ilin yanvarından bəri Dünya Kuboku, Qran Pri, Böyük Dəbilqə, Ustaların Yarışı, qitə və dünya çempionatlarında göstərilmiş nəticələrə uyğun tərtib olunur. Məhz bu səbəbdən Olimpiya çempionumuz Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyevin adına bu siyahıda rast gəlmək mümkün deyil. Çünki onlar Pekin Olimpiadasından sonra heç bir beynəlxalq yarışda iştirak etməyiblər. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq cüdoçuların adları indiki reytinq cədvəlinə əsasən müəyyənləşəcək.
IJF-nin reytinqində ilk “100-lük”də yer alan cüdoçularımız:
Kişilər
60 kq
61. Vüqar Şirinli 60 xal
97. İlqar Müşkiyev 24
66 kq
27. Tərlan Kərimov 184 0
32. Sərxan Əhmədov 156 0
70. Samir Dadaşzadə 60
84. Ramil Qasımov 40
73 kq
72. Elçin Qasımov 56
81 kq
21. Elxan Rəcəbli 288 xal
71. Ramin Qurbanov 40
90 kq
7. Elxan Məmmədov 502 xal
100 kq
28. Elmar Qasımov 144 xal
80. Samir Əhmədov 20
+100 kq
76. Emil Tahirov 20
Qadınlar
57 kq
21. Kifayət Qasımova 200
63 kq
75. Ramilə Usubova 28
98. Xanım Hüseynova 8

0
0