Azərbaycan idmançısı Vankuverdə finişə çatmadı
27.02.2010 - 11:38
Kanadanın Vankuver şəhərində keçirilən XXI Qış Olimpiya Oyunlarında dağ xizəyi idmanı üzrə qadınların slalom yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycanı okeanın o tayında təmsil edən Qaya Bassani Antivari də slalom iştirakçıları arasında olub. Lakin 32 yaşlı xanımın çıxışı çox uğursuz alınıb. İtaliya əsilli idmançı elə ilk yürüşdə mübarizəni dayandırıb.
Belə ki, Qaya start xəttinə çıxıb finişə çata bilməyən 17 bəxtsizdən biri olub. Elə bu səbəbdən də o, ikinci yürüşə buraxılmayıb. Ümumilikdə, 87 iştirakçıdan yalnız 55-i hər iki cəhddə məsafəni qət edə bilib. Olimpiya çempionu adını isə iki yürüşü üst-üstə 1 dəqiqə 42,89 saniyə sərf edən almaniyalı Mariya Riş qazanıb.
Qeyd edək ki, nəhəng slalom yarışlarında finişə çatan 60 idmançı arasında 57-ci olan Bassani Vankuverdəki çıxışlarını başa vurub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0